NI GROUP TƏQDİM EDİR

Əlaqə

(+994) 50 423 53 54

Bazar ertəsi - Şənbə

09:00 - 18:00

Müştəri Sazişi


  • ƏSAS ANLAYIŞLAR

ALICI RAZILAŞMASI (RAZILAŞMA) bu sənəddə onlayn alış ilə bağlı aşağıda əks olunan bütün şərtlər;

ALICI “NI Group” MMC-nin verdiyi texniki imkanlar vasitəsi ilə və elektron ödəniş edərək www.nigroup.az saytında qeyd olunmuş mal və xidmətləri sifariş edən/alan, həmçinin bu “Alıcı razılaşması” nın şərtləri ilə razılaşan fiziki və ya hüquqi şəxs;

SATICI – www.nigroup.az saytında öz mallarını/xidmətlərini onlayn qaydada satan və satış, çatdırılma şərtlərini özü müəyyən edən fiziki və ya hüquqi şəxs;

MAL(LAR)/XİDMƏT(LƏR)Saytda yerləşdirilmiş hər hansı mallar və ya xidmətlər;

SİFARİŞ – Alıcının müəyyən etdiyi ünvana çatdırılması məqsədilə saytdan mal/xidmət alınması məqsədilə saytda mövcud olan müvafiq formanın doldurularaq SATICI-ya elektron formada göndərilməsi.

  • XÜSUSİ ŞƏRTLƏR

  1. Razılaşmanın predmetini ALICI tərəfindən şəxsi və digər məqsədlər üçün saytda əks olunan malların/xidmətlərin alınması və digər formada istifadəsinə imkan yaradılması təşkil edir. Bu Razılaşma şərtləri saytda cari vaxtda satışda olan bütün mal və xidmətlərə şamil olunur.

  2. SATICI öz mallarını/xidmətlərinin şəxsən sayt vasitəsilə satılmasını təmin edir.

  3. Saytdan mal sifariş edən ALICI bu RAZILAŞMANIN Şərtləri ilə tam razılaŞdığını bəyan edir.

4. Saytda satılan mallar/xidmətlər, həmçinin satış şərtləri Azərbaycan Respublikasının qüvvədə olan Mülki Məcəlləsinin 408-ci maddəsinə əsasən ümumi oferta hesab olunur.

  1. SATICI alış həyata keçirilənədək alış şərtlərini heç kimə xəbərdarlıq etmədən dəyişdirə bilər.

  2. Alış o vaxt baş tutmuş sayılır ki, ALICI malın/xidmətin dəyərini kassa çeki və ya alqı-satqını təsdiq edən digər sənəd qarşılığında hər hansı formada (onlayn/nağd) ödəmiş olsun.

7.Saytda olan sifariş formasını doldurmaqla ALICI özünə aid əlaqə vasitələri barədə məlumatların SATICI –nın istifadə etməsinə etiraz etmir. Bura gələcəkdə ALICI-ya müxtəlif endirim kompaniyaları, digər əlaqəli məlumatların göndərilməsi aiddir.

  1. Sifariş ALICI ilə SATICI arasında bağlanılmış müqavilə hesab olunur.

  2. “www.nigroup.az” səhifəsində texniki-profilaktik işlərin aparıldığı günlərdən , aşağıda qeyd olunan və fors-major hallardan başqa,  ALICI günün, ayın, ilin istənilən vaxtı saytın xidmətlərindən istifadə edə bilər. Saytın iradəsindən kənar səbəblərdən dolayı saytın fəaliyyətinin istənilən müddətdə dayanması, habelə saytın və SATICI- nın bu RAZILAŞMADAN irəli gələn öhdəliklərinin icrasının qeyri-mümkünlüyü səbəbindən ALICI-ya zərər dəyərsə, bu halda SAYT, və ya SATICI hər hansı məsuliyyət daşımır.

  3. Saytda satış üçün nəzərdə tutulmuş malların şəkilləri illüstrativ təyinatlı olmaqla alınmış malla 100% eyni olmaya bilər. Məlumatlarda əhəmiyyətli çatışmazlıq olduğu təqdirdə, ALICI sayta yazılı və ya telefon vasitəsilə müraciət ünvanlaya bilər.

  4. Saytda mal qalığı olaraq görünən və ALICI tərəfindən sifariş verilmiş mal SATICI-nın anbarında yoxdursa, SATICI bu barədə ən qısa vaxt ərzində ALICI-ya xəbər verməklə sifarişi dəyişdirir və ya ALICI-nın istəyinə əsasən ləğv edir. Sifarişin ləğvi nəticəsində ALICI-nın ödədiyi məbləğ bank xərcı çıxılmağla ALICI-nın hesabına qaytarılır.


  1. ALICI tərəfindən yanlış məlumat verilməsi nəticəsində sifarişin icra edilməməsinə görə SATICI məsuliyyət daşımır.


  1. Sifariş verildikdən sonra ALICI-nın ünvanının məsafəsindən asılı olaraq SATICI sifarişin çatıdırılma tarixi, vaxtı və digər şərtləri barədə ALICI-ya məlumat verir.

  2. Əgər buna obyektiv səbəb varsa, malların/xidmətlərin çatdırılma vaxtı / tarixi SATICI tərəfindən birtərəfli qaydada dəyişdirilə bilər.

  3. Çatdırılma və ya digər problemlər ilə bağlı ALICI SATICI-nın administrasiyasına öz şikayətlərini elektron qaydada və ya telefon zəngi vasitəsilə təqdim edə bilər.

  4. Mallar/xidmətlərin çatdırılması yalnız Azərbaycan Respublikasının dövlət sərhədləri ilə məhdudlaşır.

  5. Sifariş şəxsən alıcıya və/və ya qeyd etdiyi ünvanda olan istənilən şəxsə təhvil verilir.

18.Göndərilmiş malı qəbul edən ALICI (və ya ünvanda olan şəxs) malı qəbul edərkən yerində mala baxış keçirməlidir. Baxış keçirdikdən sonra ALICI (və ya ünvanda olan şəxs) malın çatdırılmasını təsdiq edən sənədi imzalayır və bununla mala dair hər hansı iddia olmadığını bəyan edir.

19.Müvafiq təhvil-təslim aktı qarşılıqlı imzalandıqdan sonra mala dəymiş zərərə görə ALICI məsuliyyət daşıyır.

20. ALICI-ya təqdim olunan malların üzərində qanunvericiliklə müəyyən olunmuş bütün texniki və s. zəruri sənədlər verilir.

21.Saytda satılan malların qiyməti vergilər (ƏDV daxil) daxil olmaqla Azərbaycan manatı ilə göstərilir. 

22.Saytda malın qiyməti SATICI tərəfindən birtərəfli qaydada dəyişdirilə bilər.

23.Bank kartı vasitəsilə onlayn ödəniş edilərkən bank xidməti göstərən şirkət əməliyyatın dələduzluq və digər qeyri-qanuni məqsədlərlə həyata keçirildiyini müəyyən edərsə, ödənişi ləğv edə bilər. Bu cür hallardan yaranan mübahisələrə görə SATICI məsuliyyət daşımır.

24.SATICI birtərəfli qaydada öz mallarına endirim tətbiq edə bilər. 

25.SATICI aşağıdakı mülahizəyə əsasən ALICI-nın sifarişini ləğv edə bilər:

- Əgər ALICI 4 dəfə ard-arda hər hansı malı almaqdan əsassız surətdə imtina edirsə;

- Əgər ALICI tərəfindən qeyri -qanuni əməliyyatların həyata keçirilməsinə şübhə varsa, habelə qeyri- etik davranış nümayiş etdirərsə.

Qeyd olunan hərəkətlər istehlakçılara münasibətdə ayrı-seçkilik kimi deyil, SATICI-nın maddi itkisinin qarşısının alınması kimi başa düşülməlidir.


26.Malların geri qaytarılması şərtləri “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” qanunla tənzimlənir. Əgər SATICI-nın təqsiri səbəbindən olmayan hallarda mal qaytarılırsa, qaytarılma ilə bağlı xərclər ALICI-dan tutulur.

27.Malın təyinatına uyğun olmayan formada istifadə nəticəsində ALICI-ya vurulmuş zərərə görə SATICI məsuliyyət daşımır.

28.SATICI-nın ofisləri əmək qanunverciliyinin tələblərinə müvafiq olaraq iş saatlarında fəaliyyət göstərir.

29.Mallara/xidmətlərə dair zəmanət müddəti malın istehsalçısı tərəfindən müəyyən olunur.

30.Bu RAZILAŞMADAN irəli gələn və ya onunla, o cümlədən onun təfsiri, icrası, xitamı və etibarsızlığı ilə bağlı yaranan bütün mübahisələr və ya iddialar, ilk növbədə tərəflər arasında vicdanla və dostcasına danışıqlar yolu ilə həll edilir. Əgər bu cür mübahisə 5 iş günü ərzində Tərəflər arasında həll edilməzsə, bu halda həmin mübahisə Azərbaycan Respublikasının müvafiq məhkəmələri tərəfindən həll edilir.