NI GROUP TƏQDİM EDİR

Əlaqə

(+994) 50 423 53 54

Bazar ertəsi - Şənbə

09:00 - 18:00

ŞİRKƏTİMİZ

ŞİRKƏTİMİZ

ŞİRKƏTİMİZ


“NI Group” şirkəti mebel,tikinti və sənaye sektoru üçün tələb olunan bütün növ boya məhsullarının, cilalayıcıların, yapışqanların, bıçaq və mişarların və s. satışı ilə məşğuldur. Əsas fəaliyyət istiqaməti satış olan “NI Group” həmçinin mebel istehsalında gündəlik tələbat malları olan lent və dairəvi mişarlarının, frez, cnc, rəndə bıçaqlarınının itilənməsi ilə yanaşı Azərbaycanda bir ilkə imza ataraq ilk dəfə son model texnologiya ilə frez bıçaqlarının təmiri və sifarişə uyğun olaraq hazırlanmasını da  həyata keçirir.

Bundan əlavə, şirkətin digər qolu olan “Mister Wood” 2006-cı ildən taxta evlərin quraşdırılması və taxta mebellərin istehsalı ilə də məşğuldur.

Şirkət Türkiyə brendi olan “İbavet” və İspaniya brendi olan “Valresa” və “Esfera”  mebel boyalarının, Yunanıstanın “Smirdex” cilalayıcılarının , İtaliyanın “Freud” dairəvi mişarlarının, Türkiyənin tanınmış  “DYO” tikinti boyalarının, dünyada ən böyük boya istehsalçılardan hesab olunan “Kansai Group”a  məxsus Avropanın “Helios” boya məhsullarının Azərbaycanda rəsmi nümayəndəsidir. Şirkətimiz demək olar ki, “Helios” brendinə aid olan bütün növ boya məhsullarının - “Helios Spektra” inşaat boyalarının , “Floor Expert” epoksid döşəmə sistemi boyalarının, “Roof  Expert” dam örtüyü sistemi boyalarının , “Belinka” taxta sistemi üçün yağlar və taxta qoruyucuların, “Chromos” parket üçün tutkal, yağ və laklarının, “Mobihel” və “Colomix” avtomobil boyalarının satışını həyata keçirir.

Bunlarla yanaşı “NI Group” Türkiyə brendi olan “İbasanayi” sənaye boyalarının və “İbakimya” toz boyalarının da rəsmi nümayəndə qismində satışını reallaşdırır.

Şirkətin daha bir uğuru Yunanıstanın  “Smirdex” markasının yumşaq rulon cilalayıcılarının Azərbaycanda istehsal xəttinin qurulması və bu cilalayıcıların Rusiya və Qazaxıstan kimi ölkələrə ixrac edilməsidir.