NI GROUP TƏQDİM EDİR

Əlaqə

(+994) 50 423 53 54

Bazar ertəsi - Şənbə

09:00 - 18:00

Freud

Freud

Freud

Qiymət təyin olunmayıb

“Freud” dairəvi mişarlarının dişlərinin uclarının qalınlığı digər dairəvi mişarların dişlərinin uclarından 30 % daha qalın olduğu üçün 8 dəfə itilənmə qabiliyyətinə malikdir. Ucların yan kəsmə kənarı daha kiçik olduğundan ağac qırıntılarına ilişmir və kəsim daha düzgün olur. “Freud” mişarlarının metalının içində gümüş təbəqələr arasına sıxılmış mis təbəqə mövcuddur ki, bu da mişarların maksimum dözümlülüyünü və uzun ömürlü olmasını təmin edir. Bütün bunlarla yanaşı metalın daha elastik və səsin qarşısını alma xüsusiyyətlərinə malik olması titrəyişi də kifayət qədər azaldır. Həmçinin 6 mikron qalınlığında olan özəl metal səth paslanmanın qarşısını aldığına və iş verimliyini çoxaltdığına görə sürtünmə digər mişarlara nisbətən 60 % daha azdır.